Another advertisement
Fransanın bir qrup hərbi kontingenti dünən axşam saatlarında İrəvana gəlib.
QafqazTürk.com xəbər verir ki, kontingentə 56 əsgər, 2 xilasedici it, 1 mobil idarəetmə stansiyası, 8 ton avadanlıq daxildir.
İki təyyarə ilə gələn hərbi qrupu Fransanın Ermənistandakı səfiri Olivye Dekotinyi qarşılayıb.
Fransızlar Ermənistan və Avropa İttifaqından olan xilasedicilərlə birlikdə “HOPE 2023” təlimində iştirak edəcəklər.
Qeyd edək ki, Kipr və Monteneqronun axtarış-xilasetmə qrupları da Ermənistandadır.