Fransa Fələstini tanıyacaq – Makron  

45

Fransa Prezidenti Emmanuel Makron bildirib ki, Fransa Fələstin dövlətini rəsmən tanıyacaq. O, bu qərarı BMT Baş Assambleyasının sentyabr sessiyasında elan edəcək.

Makronun sözlərinə görə, sülh üçün atəşkəs, girovların azadlığı, Qəzzaya humanitar yardım, “HƏMAS”-ın tərksilahı və Fələstin dövlətinin yaradılması vacibdir. Fələstin dövləti silahsızlaşdırılmalı və İsraili tanımalıdır.

İsrailin Baş naziri Netanyahu bu qərarı “terrora mükafat” adlandırıb və onun İsrailin məhvinə yol açacağını bildirib. İsrailin digər rəsmiləri də Fransa qərarını kəskin tənqid ediblər.

Kateqoriya: Dünya
Sonrakı yazı
Gürcüstanlı və Azərbaycanlı tələbələr Qubada birgə yay düşərgəsində iştirak edirlər
Öncəki yazı
25 iyul tarixinə olan valyuta məzənnəsi məlumdur