Frankofoniya Parlament Assambleyasının prezidenti İrakli Ğaribaşvilini “Böyük Komandir” dərəcəsi medalı ilə təltif edib – ƏTRAFLI

0

Frankofoniya Parlament Assambleyasının prezidenti Frensis Drouin Gürcüstanın baş naziri İrakli Ğaribaşvilini “Böyük Komandir” dərəcəsi medalı ilə təltif edib və xüsusi sertifikat təqdim edib.

QafqazTürk xəbər verir ki, bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, hökumət başçısı mükafatlandırmadan əvvəl parlament assambleyasının sədri ilə görüşüb.

“Görüşdə Gürcüstan hökuməti ilə Frankofoniya Parlament Assambleyası arasında mövcud əməkdaşlığa diqqət yönəldilib. Onlar fransız dilinin təbliği ilə yanaşı, üzv ölkələr arasında bir növ platforma olan Frankofoniya Parlament Assambleyasının demokratiyanın inkişafında və insan hüquqlarının qorunmasında rolunun əhəmiyyətini müzakirə ediblər,”– hökumət administrasiyasının mətbuat xidmətinin məlumatında qeyd edilir.

0
0
Sonrakı yazı
უკრაინაში საქართველოს ელჩმა კიევი დატოვა
Öncəki yazı
Ombudsman “Volt”lu kuryerlərə qarşı hansı ayrı-seçkiliyi aşkar edib?