This is a specific ad

Forum “Qərbi Azərbaycana Qayıdış Beynəlxalq müstəvidə”

72

Another advertisement

Tbilisidə “Qərbi Azərbaycana Qayıdış Beynəlxalq müstəvidə” mövzusunda forum keçirilibTbilisi, 16 dekabr, AZƏRTAC Tbilisidə “Qərbi Azərbaycana Qayıdış Beynəlxalq müstəvidə” mövzusunda forum keçirilib.QafqazTürk. xəbər verir ki, forum çərçivəsində Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Mərkəzinin Sərgi qalereyasında Qərbi Azərbaycanada ermənilər tərəfindən dağıdılan mədəni irsimizi əks etdirən fotolardan ibarət sərgi açılıb. Tədbir iştirakçıları əvvəlcə sərgini ziyarət ediblər. Sonra tədbirdə Azərbaycanın və Gürcüstanın dövlət himnləri səsləndirilib. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, eləcə də, Azərbaycanın və Gürcüstanın ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Tədbirin təşkilatçısı “Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək ” İB-nin sədri Toğrul Allahverdili çıxış edərək bildirib ki, forumun əsas məqsədi Gürcüstanda yaşayan soydaşlarımız, o cümlədən Qərbi Azərbaycandan olan soydaşlarımızla “Qərbi Azərbaycana qayıdlş Konsepsiyası”nı müzakirə etmək, eləcə də gürcü politoloqların, tarixçilərin məsələ ilə bağlı fikirlərini öyrənməkdir.Azərbaycanın Gürcüstandakı səfirliyinin müşaviri Eldar Bayramov çıxışında Cənubi Qafqazın tarixindən, regiondakı azərbaycanlıların və gürcülərin dövlətçilik tarixinin kökləri, ermənilərin bu bölgəyə sonradan köçürülmələrini sübut edən tarixi sənədlərlə bağlı geniş məlumat verib.Əslən Qərbi Azəbaycandan olan Milli Məclisin deputatı Naqif Həmzəyev Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın erməni işğalından tam azad edildiyini, ölkəmizin ərazi bütövlüyünün tam təmin edildiyini diqqətə çatdırıb. Bildirib ki, Azərbaycan daim sülhün və əmin-amanlığın tərəfdarı olub. Lakin, bəzi separatçı qüvvələr regionda sülhü pozmağa çalışıblar və Azərbaycan əslində onların bu cəhdlərinin qarşısını alıb, regionda davamlı sülhün təmin olunması üçün bütün ilkin zəruri tədbirləri görüb. Görülən tədbirlər Qərbi Azərbaycanlıların da öz torpaqlarına qayıtmaq ümidlərini artırıb və onlar inanırlar ki, bu gün heç də uzaqda deyil. Deputat dost və qardaş Gürcüstanın və gürcü xalqının da regionda sülhün bərpa olunmasına çalışdığını xüsusi qeyd edib və bildirib ki, məhz Azərbaycan, Gürcüstan və Türkiyə birliyi nəticəsində buna nail olacağıq.Sonra Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktorunun müavini Orxan Ərəbov, KOBİA yanında ictimai şuranın sədri Fərhad Qaraşov və başqaları çıxış edərək mövzu ilə bağlı fikirlərini bölüşüblər. Sonra forum panel iclaslarda işini davam etdirib.“Cənubi Qafqazda sülh quruculuğu və separatizimə qarşı birgə fəaliyyət” mövzusunda keçirilən birinci paneldə İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin Gürcüstan Tarixi İnstitutunun dosenti Nikoloz Cavaxişvili, professor Ramiz Bəkirov, gürcü tarixşünas professor Tengiz Malania, Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusifov çıxış edərək fikirlərini bölüşüblər.“Gürcüstanın işğal olunmuş ərazilərindən və Qərbi Azərbaycandan məcburi deportasiya edilmiş şəxslərin geri dönüş prosesi” mövzusuna həsr olunmuş ikinci paneldə isə Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Aqil Ələsgər, Qarabağ qazisi-jurnalist Nahid Canbaxışlı, politoloq, Beynəlxalq Münasibətlər Akademiyasının rəhbəri, Gürcüstan-Azərbaycan Münasibətlərinin İnkişafı Fondunun baş direktoru Simon Kopadze, jurnalist Ceyhun Məhəmmədəli çıxış edib, məsələ ilə bağlı fikirlərini bölüşüblər.Qeyd edək ki, tədbir “Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İB-nin təşkilatçılığı, Azərbaycanın Gürcüstandakı Səfirliyinin rəsmi tərəfdaşlığı, Gənclər Fondunun dəstəyi ilə keçirilən tədbirdə Azərbaycan və Türkiyənin Gürcüstandakı səfirliklərinin əməkdaşları, Milli Məclisin deputatları, tarixçi alimlər, siyasətçilər və ictimai xadimlər iştirak ediblər. Sonda Forum iştirakçıları adından beynəlxalq ictimaiyyətə çağırış və tədbirin yekunlarına dair bəyanat qəbul olunub.

Kateqoriya: Maraqlı
Sonrakı yazı
ძიუდო | ეთერ ლიპარტელიანი ევროპის ღია პირველობის გამარჯვებულია
Öncəki yazı
ზოდიაქოს ამ 7 ნიშანს 2024 წელს განსაკუთრებით გაუმართლებს – როგორ შეიცვლება თქვენი მდგომარეობა