Formulanın jurnalisti və teleaparıcısı həbs edildi – ƏTRAFLI

67

Formulanın jurnalisti və teleaparıcısı həbs edildi.

QafqazTürk media xəbər verir ki, bu barədə Formula məlumata yayır.

Jurnalistin həbsi vətəndaş cəmiyyətində narahatçılığa səbəb olub. Mediya Müdafiəsi Koalisiyası bildirir ki, Formulanın jurnalisti Keta Tsitskishvilinin həbs edilməsi müstəqil mediaya qarşı yeni təzyiq və hücum nümunəsidir.

Xatırladaq ki, Keta Tsitskishvili bu gün, 20 oktyabrda, polis tərəfindən saxlanılıb. Formulanın digər jurnalisti və teleaparıcısı Vaxo Sanaia isə yolun bağlanması səbəbindən 6 günlük həbs cəzasına məhkum edilib.

Koalisiyanın bəyanatında vurğulanır ki, jurnalistlərin  həbs edilməsi media və ifadə azadlığına birbaşa hücum deməkdir. Belə şəraitdə müstəqil medianın fəaliyyəti ciddi təhlükə altındadır və demokratik cəmiyyətdə informasiya əldə etmək hüququ ciddi şəkildə məhdudlaşır.

Mediya müdafiəsi koalisiyası Keta Tsitskishvili, Vaxo Sanaia və qanunsuz həbs olunan bütün vətəndaşlarla tam həmrəylik ifadə edir, onların dərhal azad edilməsini və jurnalistlərə qarşı hədəflənmiş təqibin dayandırılmasını tələb edir.- bəyanatda qeyd edilir.

Kateqoriya: Gündəm, Siyasət
Sonrakı yazı
AB-nin genişlənmə üzrə komissarı: “Gürcüstan hökuməti xalqın Avropa gələcəyi istəyinə hörmət etməlidir”
Öncəki yazı
Parlament Komitələrində Seçkiöncəsi Dövrdə Vəzifəlilərin Dinlənilməsi Tamamilə Dayandırılıb