Bu gün səhər saatlarından etibarən sosial şəbəkələrdə yolun bağlanması motivi ilə yeni həbslər barədə məlumatlar yayılıb.
QafqazTürk media xəbər verir ki, yayılan məlumata görə, “Formula” telekanalının bir qurucusu və rejissoru Giorgi Lifonava da yolun bağlanmasına görə saxlanılıb.
Hazırda rəsmi təsdiqlənməmiş məlumatlara əsasən, saxlanılanlar arasında bu şəxslər də var: Tengo Kirtadze, Zurab Tsotsxeladze, Natia Letodiani, Nino Lagidze, Davit Mşvenieradze, Bacho Khimutsadze, Anuka Gamsaxurdia və Zviad Kvaratskhelia.
Gürcüstan Daxili İşlər Nazirliyi hadisə ilə bağlı hələ rəsmi şərh yaymayıb.
Eyni səbəbdən saxlanılanlar arasında həmçinin “Formula” telekanalının aparıcıları və jurnalistləri — Vaxo Sanaiya və Keta Tsitskişvili, eləcə də telekanalın sosial media jurnalisti Tsira Jvania da var.
