This is a specific ad

Fon der Lyayenin partiyası Avropa Parlamentinə seçkidə birinci oldu

44

Another advertisement

Avropa Komissiyasının hazırkı rəhbəri Ursula fon der Lyayenin üzvü olduğu Avropa Xalq Partiyası (EPP) Avropa Parlamentinə (AP) keçirilən seçkidə birinci yeri tutub.

QafqazTürk.com xəbər verir ki, seçkinin ilkin nəticələrini Brüsseldə AP-nin mətbuat xidməti açıqlayıb.

Məlumata görə, EPP öz üstünlüyünü saxlamaqla Avropa Parlamentində 181 yer qazanıb. İkinci yeri (135 yer) Sosialistlər və Demokratlar, üçüncü yeri “Yeni Avropa” partiyası tutub.

İlkin hesablamalara görə, sağ partiyalar mövqelərini gücləndiriblər.

Seçkilərin daha dəqiq nəticələri gecə yarısından sonra açıqlanacaq.

Kateqoriya: Siyasət
Sonrakı yazı
გარემოს ეროვნული სააგენტო მოსახლეობას აფრთხილებს: მოსალოდნელია წვიმა, ზოგან ძლიერი, ელჭექი, სეტყვა და ძლიერი ქარი
Öncəki yazı
ბერლინში უკრაინის აღდგენის კონფერენცია გაიმართება