Finlandiya prezidenti Aleksandr Stubb Ukraynadakı müharibənin sülh yolu ilə həlli üçün lazım olan üç addımı qeyd edib.
“Birinci mərhələ ilkin danışıqlardır və bu, Ukraynanı yenidən silahlandırmalı və Rusiyaya maksimum təzyiq göstərməli olduğumuz məqamdır. Bura sanksiyalar və Rusiyanın dondurulmuş aktivlərindən Ukraynanı güclü mövqedən bu danışıqlara başlamağa məcbur etmək üçün istifadə daxildir”.
Onun sözlərinə görə, ikinci mərhələ birbaşa atəşkəs razılaşmasıdır.
Stubbın fikrincə, beynəlxalq nəzarət altında təmas xətti boyunca atəşkəs yaradılmalıdır. Bundan əlavə, ikinci mərhələdə, Stubbın sözlərinə görə, sülh prosesinin parametrləri, məhbusların qaytarılması, sanksiyalar məsələləri müzakirə edilməlidir.
Üçüncü mərhələ, Stubbın dediyinə əsasən yenidənqurma və ərazi məsələlərini həll edəcək sülh danışıqları olmalıdır. Onun sözlərinə görə, Ukraynanın Avropa İttifaqı və NATO-ya daxil olması ilə bağlı öz qərarını vermək hüququ müzakirə mövzusu deyil. Həmçinin, Stubbın fikrincə, Rusiyanın gələcək Avropa təhlükəsizlik arxitekturasının necə olacağına heç bir təsiri olmamalıdır.