Finlandiya hökuməti istefa verib

0

Finlandiyanın baş naziri Sanna Marin hökumətin istefası barədə prezident Sauli Niinistyöyə müraciət edib.

QafqazTürk AZƏRTACa istinadən xəbər verir ki, Sanna Marin hökuməti baş nazirin rəhbərlik etdiyi partiyanın parlament seçkilərində məğlub olmasından sonra istefa vermək qərarına gəlib.

O, yeni Nazirlər Kabineti formalaşana qədər müvəqqəti hökumətin texniki vəzifələrini icra edəcək. Yeni hökumət isə seçkilərdə qalib gələn mühafizəkar Milli Koalisiya Partiyasının rəhbərliyi ilə gələn həftə formalaşacaq.

Qeyd edək ki, aprelin 2-də Finlandiya parlamentinə keçirilən seçkilərdə Sanna Marinin Sosial-Demokrat Partiyası 19,9 faiz səs toplayaraq üçüncü yeri tutub. Seçkilərdə qələbə qazanan Milli Koalisiya Partiyası 20,8 faiz, ikinci yeri tutan “Əsl finlər” partiyası isə 20,1 faiz səs toplayıb. Yeni parlament aprelin 11-də fəaliyyətə başlayacaq.

0
0
Kateqoriya: Dünya
Sonrakı yazı
7 aprel tarixinə olan rəsmi məzənnə
Öncəki yazı
Litva Ukraynanı rəsmi olaraq NATO-ya dəvət etdi