Noyabrın 13-də FİFA prezidenti Canni İnfantino Gürcüstana xüsusi səfər edəcək.
QafqazTürk Media xəbər verir ki, bu barədə məlumatı Gürcüstan Futbol Federasiyası yayıb. Məlumata görə, səfər çərçivəsində dünya futbol qurumunun rəhbəri Gürcüstan Futbol Federasiyasının nümayəndələri ilə görüş keçirəcək.
FİFA prezidenti ilə yanaşı, qurumun digər yüksək vəzifəli şəxsləri, o cümlədən veteran fransız futbolçu Yuri Corkaeff, Federiko Raviglione, Elxan Məmmədov və Marko Ferri də Gürcüstana səfər edəcəklər.
Səfər çərçivəsində həmçinin futbol infrastrukturu ilə tanışlıq, o cümlədən FİFA-nın birgə maliyyələşdirdiyi SFF Diğomi futbol mərkəzinin tikintisi davam etdirilən işlərə baxış keçirilməsi də nəzərdə tutulub. Qonaqlar Mixail Mesxi adına stadiona da baş çəkəcəklər.