• 22 Fevral 2025 11:27

QafqazTürk

Gürcüstanda və dünyada baş verən ən son hadisələri bizdən xəbər alın

Fevralın 24-də Aİ xarici işlər nazirləri Gürcüstan məsələsini müzakirə edəcəklər

ByTürkan Şahverdova

Fev 21, 2025
Another advertisement

Fevralın 24-də Aİ xarici işlər nazirləri Gürcüstan məsələsini müzakirə edəcəklər.

Bu barədə Avropa İttifaqının nümayəndəsi bildirib.

Onun sözlərinə görə, nazirlər ölkədəki mövcud siyasi vəziyyət, vətəndaş cəmiyyəti, media məsələlərini müzakirə edəcəklər. Aİ nümayəndəsi həmçinin bildirib ki, Gürcüstanda dinc nümayişçilərə qarşı zorakılıq davam edir, bir neçə fəal və jurnalist aclıq aksiyası keçirir.

Onun sözlərinə görə, yanvarın 2 və 7-də Aİ-nin ali nümayəndəsi Kaia Kalas və komissarı Marta Kosma Gürcüstan hakimiyyətini yeni repressiv qanunlar qəbul etməkdən çəkinməyə çağırıblar. O, “Gürcü arzusu” liderlərini Avropa İttifaqına, onun dəyərlərinə və institutlarına qarşı nifrət nitqini və şəxsi hücumları gücləndirməkdə ittiham edib.