This is a specific ad

FETÖ lideri Gülənin qardaşı oğlu tutuldu

42

Another advertisement

Fətullahçı Terror Təşkilatının (FETÖ) lideri Fətullah Gülənin qardaşı oğlu Selman Gülən həyat yoldaşı, qayınatası və qayınanası ilə birlikdə İstanbul Sancaktepedə tutulub.

QafqazTürk.com xəbər verir ki, İstanbul Respublika Baş Prokurorluğu, Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbə Müdirliyi və MİT tərəfindən aparılan istintaq çərçivəsində koordinasiyalı əməliyyat keçirilib.

Terror təşkilatının lideri Fətullah Gülənin qardaşı oğlu Selman Gülən həyat yoldaşı, qayınatası və qayınanası ilə birlikdə Sancaktəpədə tutulub.

Qaçaq şübhəlilərin 1 ilə yaxındır təşkilatın evində gizləndikləri müəyyən edilib.

Şübhəlilərin təşkilatın rəhbərinin göstərişi ilə banka pul yatırdıqları, təşkilatın birlik və fondlarında sözdə rəhbər vəzifədə olduqları da müəyyən edilib.

O da bildirilib ki, şübhəlilər təşkilatın yuxarı rəhbərliyi adlanan şəxslərlə əlaqə saxlayıb və onların təşkilata üzv olduqlarına dair açıqlamalar olub.

Səlman Gülənin təşkilatın hazırkı maliyyə strukturunda hələ də fəal olduğu da müəyyən edilib.

Axtarışlar zamanı çoxlu sayda rəqəmsal materiallar, külli miqdarda xarici valyuta və 2 saxta şəxsiyyət vəsiqəsi də ələ keçirilib.

Kateqoriya: Dünya
Sonrakı yazı
Zelenski: “Yaxşı zirvə həm də yaxşı nəticələr verməlidir”
Öncəki yazı
Ukraynada rus generalı məhv edildi