“Zərərçəkmiş üzümçülərə yardım və dəstək məqsədilə hər hektar üçün 3500 lari ayıracağıq”.
QafqazTürk.com xəbər verir ki, bunuə Gürcüstanın baş naziri İrakli Ğaribaşvili deyib.
Onun sözlərinə görə, indiki mərhələdə 20 milyon lari dəyərində zədələnmiş üzüm artıq dövlətə təhvil verilib.
“Hazırda Kaxeti rayonunda məhsul yığımı çox uğurla davam edir. Xalqımıza imkan daxilində kömək edirik. Təəssüf ki, həddən artıq çox üzümçünün minlərlə hektar üzüm bağı doluya məruz qaldı və məhsulları məhv oldu. Biz bu zədələnmiş üzümləri təhvil alacağımıza dair söz verdik. Artıq proses başlayıb. 20 milyon lari dəyərində zədələnmiş üzümü təhvil vermişik, lakin buna baxmayaraq, onlar zədələndiyi üçün qərara gəldik ki, 2 il əvvəl olduğu kimi, zərərçəkmiş üzümçülərə yardım etmək və hər hektar üçün 3500 lari yardım ayırmaq istəyirik. Düşünürəm ki, bu vəsait onlara zədələnmiş üzüm bağlarını bərpa etmək üçün ondan məqsədyönlü istifadə etməyə kömək edəcək”, – deyə Ğaribaşvili bildirib.