This is a specific ad

FDA siqaretlərdə nikotini azaltmağı planlaşdırır

20

Another advertisement

Siqaret çəkmək çox təhlükəlidir. Təkcə ABŞ-da hər il 480 000 insan siqaretdən ölür.

Buna baxmayaraq, insanlar hələ də siqaret çəkirlər. Bunun bir səbəbi insanların siqaretə fiziki cəhətdən aludə olması, digəri isə mədəni faktor ola bilər.

Ancaq tezliklə mədəniyyət faktoru siqaretə qalan tək şey ola bilər. Qida və Dərman İdarəsi (FDA) siqaretlərdə nikotini əhəmiyyətli dərəcədə azaltmağı düşünür. Belə olan halda siqaretdən asılılıq da azala bilər.

FDA sözçüsü Brayan Kinq  verdiyi müsahibədə “Nikotinin səviyyəsini azaltmaqla, insanlar siqaretə daha az aludə olacaqlar” deyib.

Bu gün siqaretin tərkibində təxminən 11,9-14,5 milliqram nikotin var. FDA-nın planına görə, siqaretdə nikotinin miqdarı 0,7 milliqrama qədər azaldılmalıdır.

Nikotin siqaretin zərərli təsirlərindən məsul olan tək şey deyil, bizi siqaretə aludə edən şeydir.

“Siqaretin tərkibində son nəticədə sağlamlığa mənfi təsir göstərən bir çox başqa maddələr var. Bununla belə, asılılığa səbəb olan nikotinin özüdür”, – Brayan Kinq deyib.

FDA hesab edir ki, asılılığın məhdudlaşdırılması milyonlarla insanın həyatını xilas edəcək. Bu, 2060-cı ilə qədər 1,8 milyon ölümün qarşısını ala bilər.

Bununla belə, bu FDA təklifinin qanuna çevriləcəyinə heç bir zəmanət yoxdur. Tramp administrasiyasının bu barədə qərarını sentyabrda verəcəyi gözlənilir.

Kateqoriya: Cəmiyyət, Sağlamlıq
Sonrakı yazı
Şalva Papuaşvili Macarıstanda rəsmi səfərdədir
Öncəki yazı
Avropa İttifaqının xarici işlər nazirləri sabah Gürcüstan məsələsini müzakirə edəcəklər