This is a specific ad

Fazil Mustafaya qarşı sui-qəsddə şübhəli bilinən şəxslər barəsində həbs-qətimkan tədbiri seçildi

80

Another advertisement

Deputat Fazil Mustafaya qarşı törədilmiş sui-qəsddə şübhəli bilinən şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə əlaqədat DTX İstintaq Baş İdarəsinin müstəntiqi tərəfindən verilən vəsatətlərə baxılıb.

QafqazTürk xəbər verir ki, Səbail rayon Məhkəməsində hakim Ülviyyə Şükürovanın sədrliyi ilə keçirilən prosesdə saxlanılanlardan 3 şəxs barəsində 4 ay müddətinə, 1 şəxs barəsində isə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, martın 28-də saat 21:51-də Azərbaycan Respublikası Milli Məclisinin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında – Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Babək küçəsi ev 2 “Z” ünvanında “Kalaşnikov” konstruksiyalı avtomat silahından atəş açılaraq terror aktı törədilib.Terror aktı nəticəsində Fazil Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb.Faktla bağlı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.

Kateqoriya: Dünya
Sonrakı yazı
Ramazan ayının on dördüncü gününün imsak, iftar və namaz vaxtları
Öncəki yazı
Prezident Administrasiyası BƏYANAT YAYIR