İftar məclisini Bolnisi müftisi Adil Nəbiyev açaraq dəvətlərini qəbul edib gəldiyinə görə hər kəsə təşəkkürünü bildirdi. Adil Nəbiyev daha sonra çıxış üçün Ümumgürcüstan Müsəlmanları İdarəsinin Şərqi Gürcüstan müftisi Hacı Etibar Eminova söz verdi. Dəyərli müftimiz 11 ayın sultanı Ramazan ayı ilə əlaqədar məclis iştirakçılarına geniş məluat verdi.
Sonra isə Adil Nəbiyev Azərbaycanın Gürcüstandakı səfiri cənab Faiq Quliyevə, Türkiyə səfirliyinin din işləri üzrə müşaviri Kazım Kartala, Marneuli meri Kənan Ömərova, Gürcüstan Azərbaycanlıları Konqresinin və QafqazTürk Medianın sədri Hüseyn Yusubova çıxış üçün söz verib.
Natiqlər çıxışlarında Müqəddəs Ramazan ayı münasibətilə təbrik edərək, iftar iştirakçılarının oruclarının qəbul olunmasını arzu ediblər.