Bu gün alman faşizmi üzərində tarixi qələbədən 79 il keçir.
QafqazTürk.com xatırladır ki,1939-cu il sentyabrın 1-də Faşist Almaniyası ildırımsürətli “Barbarossa” planı əsasında Polşanı işğal edib. Bununla da bəşəriyyət tarixinə ən qanlı müharibə kimi daxil olan İkinci Dünya müharibəsi başlayıb.
1945-ci il mayın 8-dən 9-a keçən gecə alman feldmarşalı Vilhelm Keytel qeyd-şərtsiz təslim aktını imzalayıb, bununla da İkinci dünya müharibəsində faşizm üzərində qələbə qazanılıb.
İkinci Dünya müharibəsində faşizmə qarşı mübarizədə Gürcüstandan 700 minədək insan iştirak edib. Onlardan 300 mini müharibədə həlak olub. İştirak edənlər və həlak olanlar sırasında çoxlu sayda azərbaycanlı var.
Onların müharibə illərində göstərdikləri qəhrəmanlıq bu gün bütün cəmiyyət tərəfindən böyük hörmətlə xatırlanır, həlak olanların xatirəsi ehtiramla yad olunur.
Qeyd edək ki,Qələbə Günü postsovet ölkələri və İkinci Dünya müharibəsində iştirak etmiş digər dövlətlərdə qeyd olunur.