This is a specific ad

“Fənərbağça”nın futbolçusunun güllələnməsinin Gürcüstandan sifariş olunduğu iddia edilir

369

Another advertisement

Türkiyəli futbolçunun güllələnməsinin Gürcüstandan sifariş olunduğu iddia olunur.

QafqazTürk Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, bir neçə gün əvvəl Türkiyə milli komandasının və “Fənərbaxça” futbol komandasının futbolçusu Serhat Akın silahla hücuma məruz qalıb.

Serhat  Akın silahlı hücum nəticəsində ayağından yaralanıb. Türkiyə mətbuatı “Demirören Haber Ajansı” (DHA) yazır ki, futbolçunun vurulması sifarişi Gürcüstandan gəlib.

Mövcud məlumatlara görə, keçmiş futbolçu 250 min lirə (20 min lari) qarşılığında güllələnib.
Hadisə ilə bağlı 5 nəfər həbs edilib. Müəyyən edilib ki, hücum əmrini daha 10-a qədər cinayət törətmiş Gürcüstan sakini H.S verib.

İstintaqın məlumatına görə, futbolçuya hücum edən şəxslərin  Ozan D. və Osman M. olduğu bildirilir.
Hazırda H.S-nin kimliyi açıqlanmayıb, agentlik onun yalnız baş hərflərini təqdim edib. Faktla bağlı istintaq davam edir.

Kateqoriya: Cinayət, İdman
Sonrakı yazı
“მორიგი პროვოკაციაა” – მამუკა ხაზარაძე ლავროვის განცხადებაზე
Öncəki yazı
თბილისის ცენტრში, რუსი ტურისტი ვიდეოს გადაღების დროს ტრაგიკულად დაიღუპა