Another advertisement
Marneuli Bələdiyyəsinin Əzizkənd kəndində daxili yolların bərpası layihəsi həyata keçirilir.
QafqazTürk Media xəbər verir ki, bu barədə Marneuli bələdiyyəsinin Meriyası məlumat yayıb.
Marneuli Bələdiyyəsinin Sakrebulo sədri Amiran Qiorqadze, Marneuli Bələdiyyəsinin meri Kənan Ömərov və Yerli Özünüidarəetmənin nümayəndələri ilə birlikdə qeyd olunan layihə çərçivəsində icra olunan işlərlə tanış olub.
Sözügedən yol infrastrukturunu bölgədə həyata keçiriləcək layihələr fondunun və yerli büdcənin birgə maliyyələşdirməsi ilə həyata keçirilir, Gürcüstan Hökuməti bu layihə üçün mərkəzi büdcədən 1 478 990 lari ayırıb.
Qeyd edək ki, Marneuli Bələdiyyəsinin Alget inzibati ərazi vahidinə daxil olan kəndlərdə: Sabirkənd, Əzizkənd, Təzəkənd və Hacıisə kənddə daxili yolların bərpası işləri aparılır.