This is a specific ad

Ev heyvanlarına 2, 8 milyon dollarlıq miras

207

Another advertisement

Çinin Şanxay şəhərində yaşayan milyonçu qadın mülkünü uşaqlarının əvəzinə ev heyvanlarına – it və pişiklərinə buraxmaq qərarına gəlib. Biznes insayderinin sözlərinə görə, qadının ölümündən sonra 2,8 milyon dolların rəsmi sahibləri onun dördayaqlı dostları olacaq.

Liu soyadlı qadın övladlarını baxımsızlıqda günahlandırır və deyir ki, xəstəliyi zamanı onlardan heç biri ona baş çəkməyib. Əvəzində, öz təbirincə desək, “itlər və pişiklər xüsusi qayğı göstəriblər və heç vaxt onu tərk etməyiblər”.

Vəsiyyətnaməyə əsasən, əmlak ev heyvanlarına qulluq üçün istifadə olunacaq. Çində qadının əmlakını heyvanlara köçürməsinə icazə verən heç bir qanun olmadığı üçün baytarlıq klinikalarından biri maliyyə idarəçiliyini öz üzərinə götürüb.  Liu xanımın it və pişiklərinə baxan onlardır.

Məlumat üçün bildirək ki, milyonlarla pul mirasının sahibinin ev heyvanına çevrilməsi ilk dəfə deyil. 1992-ci ildə Almaniyada bir itə 65 milyon dollar qalıb ki, bu da onu dünyanın ən zəngin ev heyvanı edib.

Kateqoriya: Dünya, Maraqlı
Sonrakı yazı
Müxalifət ilə Prezidentin görüşü başa çatıb
Öncəki yazı
Əl qumbarası partlayıb- 1 ölü, 1 yaralı