This is a specific ad

Ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Davit Sonqulaşvili Türkiyə Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Ali Kaan Orbayla görüşüb

14

Another advertisement

Ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Davit Sonqulaşvili Türkiyə Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Ali Kaan Orbayla  görüşüb.

QafqazTürk Media xəbər verir ki, bu barədə məlumatı Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi yayıb.

Agentliyin verdiyi məlumata görə, Türkiyə səfiri naziri bu vəzifəyə təyin olunması münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə tərəflər ölkələr arasında ticari-iqtisadi əməkdaşlığın dərinləşdirilməsi imkanlarını müzakirə ediblər.

“Bildiyiniz kimi, Gürcüstan iqtisadiyyatının inkişafında kənd təsərrüfatının payı mühümdür. Türkiyənin təcrübəsini bölüşmək bizim üçün maraqlıdır. Ölkələr arasında dostluq və tərəfdaşlıq münasibətləri səmərəli əməkdaşlığın əsasını təşkil edir”, – deyə Davit Sonqulaşvili bildirib.

Nazirlikdən verilən məlumata görə, nazir ölkə üçün bazarların şaxələndirilməsinin vacibliyinə diqqət çəkib.

“Türkiyə səfirinin dediyi kimi, ölkələri tarixi dostluq və tərəfdaşlıq münasibətləri birləşdirir ki, bu da müxtəlif istiqamətlərdə əməkdaşlığın dərinləşdirilməsi üçün mühüm ilkin şərtdir.

Görüşdə balıqçılıq, heyvandarlıq, irriqasiya, meşə təsərrüfatı və tullantıların idarə olunması, kənd təsərrüfatının mexanikləşdirilməsi istiqamətində əməkdaşlığın dərinləşdirilməsi məsələləri müzakirə olunub. Gürcüstan istehsalı olan müxtəlif məhsulların Türkiyəyə ixracının artırılması məsələlərinə, o cümlədən gürcü şərab istehsalçılarının Türkiyənin Horeca sektoru ilə əməkdaşlığının dərinləşdirilməsinin vacibliyinə diqqət yetirilib.

İclasda nazirliyin müvafiq xidmətinin nümayəndələri iştirak ediblər”, – deyə qurumun yaydığı məlumatda bildirilir.

Kateqoriya: Cəmiyyət, REKLAM, Siyasət
Sonrakı yazı
Suriyada Bəşər Əsədi dəstəkləyən qüvvələrlə qarşıdurma nəticəsində 14 polis həlak olub
Öncəki yazı
Yaponiya Ukraynaya dondurulmuş Rusiya aktivləri ilə təmin edilmiş daha 3 milyard ABŞ dolları köçürəcək