This is a specific ad

Etnik ermənilərin Tbilisidə keçirdiyi aksiya iflasa uğrayıb

58

Another advertisement

Gürcüstanda yaşayan və əsasən bu ölkənin vətəndaşları olan bir qrup etnik erməni “Qarabağda yaşayan ermənilərə dəstək” adı altında sentyabrın 2-də Tbilisi şəhərinin Avlabari məhəlləsində aksiya keçirmək istəyiblər. Lakin aksiyada azyaşlı uşaqlar da daxil olmaqla 30-40 nəfər iştirak edib və onların cəhdi iflasa uğrayıb.

QafqazTürk.com xəbər verir ki, aksiya iştirakçılarının yerli gürcülərə və şəhərin qonaqlarına müraciəti də cavabsız qalıb.

Belə ki, ermənilər nə yerli gürcülərdən, nə də turistlərdən dəstək ala bilməyiblər. Heç kim aksiyaya qoşulmaq istəməyib və əksinə, ermənilərə “sizin başqa işiniz-gücünüz yoxdurmu?” – istehzalı suallar verərək ərazidən uzaqlaşıblar.

Etnik ermənilər bundan sonra sadəcə xatirə şəkili çəkdirərək, özləri də ərazidən uzaqlaşıblar.

Qeyd edək ki, aksiyada şəkil çəkdirən bəzi ermənilər öz uşaqlarını gəzməyə çıxarmışdılar. Hətta onlar da aksiyanı oyuncaq toplantı adlandırıblar.

Aksiyanın təşkilatçılarını və havadarlarını ciddi tənqid edən Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusubov deyib ki, aksiyada 30-40 nəfərin iştirak etməsi göstərdi ki, bu aksiya deyil, sadəcə məhəllə iclasıdır. Ermənilər artıq aksiya keçirmək qabiliyyətlərini də itiriblər. Artıq onlar başa düşüblər ki, Qarabağ Azərbaycandır!

AzərTac

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
საქართველოდან პომიდვრის რეექსპორტი 5,5-ჯერ გაიზარდა – სად „გადავყიდეთ“ პროდუქტი
Öncəki yazı
Türkiyə səmasında meteorit göründü – FOTO/VİDEO