Another advertisement
Etirazçılar Rustaveli prospektində magistral yolu bağlayıblar.
Hüquq-mühafizə orqanlarının əməkdaşlarının müqavimətinə baxmayaraq, hadisə yerinə toplaşan vətəndaşlar mərkəzi yolu zəbt edərək nəqliyyatın hərəkətini dayandıra biliblər.
Etiraz aksiyasının iştirakçıları tərəfindən “Gürcüstan, Gürcüstan” şüarları səsləndirilir.
Aksiya iştirakçılarının tələbi aksiyanın 42-ci günündə də dəyişməzdir: yeni seçkilərin keçirilməsi və aksiya zamanı həbs olunan şəxslərin azadlığa buraxılması.