This is a specific ad

Etiraz edən bir qrup vətəndaş və fəallar Ədliyyə Evinə daxil olublar

242

Another advertisement

Son günlər Rustaveli prospektində Gürcüstanın baş naziri İrakli Kobaxidzenin qəbul etdiyi qərara – Avropa İttifaqı ilə danışıqların 2028-ci ilə qədər dayandırılmasına etiraz edən bir qrup vətəndaş və fəallar Ədliyyə Evinə daxil olaraq əməkdaşları tətilə çağırıblar.

QafqazTürk Media xəbər verir ki, aksiya iştirakçıları mitinqlərdə qanunsuz saxlanılan məhbusların da azadlığa buraxılmasını tələb edirlər.

Onlar  pankartlarla binaya daxil olublar və Ədliyyə Evinin mühafizə xidməti onları binanı tərk etməyə və səs-küy salmaqdan çəkinməyə çağırıb.

Mitinq iştirakçıları müxtəlif məzmunlu – “Rejim məhbuslarına azadlıq” plakatları, həmçinin həbs edilmiş və döyülmüş insanların təsviri olan bannerlər gətiriblər.

Mühafizə xidmətinin əməkdaşları binanın giriş qapısını bağlayıb və vətəndaşların binaya daxil olmasına məhdudiyyətlər qoyurlar.

Ədliyyə Evindən çıxarılan fəallar hazırda binanın qarşısındadır və etirazlarını davam etdirirlər.

Ədliyyə Evində iş dayandırılıb.

Sonrakı yazı
Nika Qvaramiyaya 12 günlük inzibati həbs cəzası verilib
Öncəki yazı
როგორც კი მაშხალების დასაწყობებული მარაგები ამოიღეს აქცია გახდა მშვიდობიანი და პოლიციასაც არავინ დაუშლია – შალვა პაპუაშვილი