“Əsəd diktaturasının sona çatması müsbət və çoxdan gözlənilən hadisədir. Bu, həm də Əsəd tərəfdarlarının, Rusiya və İranın zəifliyini göstərir”.
QafqazTürk Media xəbər verir ki, bu barədə Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik üzrə Ali Nümayəndəsi Kaia Kallas X sosial platformasında yazır.
Onun sözlərinə görə, Suriyanın yenidən qurulması prosesi uzun və çətin olacaq və bütün tərəflər konstruktiv fəaliyyətə hazır olmalıdır.
“Bizim prioritetimiz regionda təhlükəsizliyi təmin etməkdir. Mən Suriya və regiondakı bütün konstruktiv tərəfdaşlarla işləyəcəyəm. Mən regionun nazirləri ilə sıx əlaqə saxlayıram. Suriyanın yenidən qurulması prosesi uzun və çətin olacaq və bütün tərəflər konstruktiv şəkildə məşğul olmağa hazır olmalıdır”, – Kaia Kallas yazıb.
Xatırladaq ki, Suriyada Bəşər Əsəd rejimi devrilib.