Estoniyanın xarici işlər naziri Marqus Çahkna Brüsseldə Xarici Əlaqələr Şurasının iclasından əvvəl jurnalistlərə açıqlamasında deyib ki, Gürcüstanla işlər düzgün istiqamətdə getmir, biz viza liberallaşdırılmasının ləğvi prosesinə başlamalıyıq. Gürcüstana gəlincə, işlər yaxşı istiqamətdə getmir. Avropa daha çox şey edə bilər.
Estoniyanın da təklif etdiyi məsələdən biri də vizanın liberallaşdırılmasının ləğvi prosesinə başlamaqdır. Mən sabah onu ləğv etməkdən danışmıram, lakin biz bu prosesə başlamalıyıq çünki, Gürcüstana hazırda rəhbərlik edən hökumət öz xalqını aldadır və onlar kursu dəyişməlidirlər”, – Marqus Çahkna qeyd edib.
60 gündür küçələrdə qalan gürcü xalqının Avropa İttifaqından hansı real addımları gözləməsi barədə suala nazir belə cavab verib:
“Biz Gürcüstan hökumətinin bizə dediklərinə inanmırıq, amma əslində baş verənlərin şahidiyik. Ümid edirəm ki, biz Gürcüstanla bağlı daha çox qərar qəbul etmək üçün bir yol tapa biləcəyik”.