This is a specific ad

Estoniya baş nazir Kobaxidze də daxil olmaqla daha 14 gürcü məmuruna sanksiya tətbiq edib

34

Another advertisement

Estoniya baş nazir Kobaxidze də daxil olmaqla daha 14 gürcü məmuruna sanksiya tətbiq edib.

QafqazTürk Media xəbər verir ki, bu barədə Estoniyanın xarici işlər naziri Marqus Çaqna X-də yazıb.

Çaqna digər Aİ ölkələrini cavab verməyə çağırır.

“Hökumətin nümayişçilərə, jurnalistlərə və müxalifət liderlərinə qarşı zorakılığı cinayətdir və insan haqlarına ziddir. Mən bütün Aİ ölkələrini cavab verməyə və tədbir görməyə çağırıram”, – Çaqna yazıb.

Xatırladırıq ki, dekabrın əvvəlində Litvanın o vaxtkı xarici işlər naziri Qabrielius Landsberqis və Estoniyanın xarici işlər naziri Marqus Çaqna Gürcüstanın keçmiş baş naziri Bicinanın da daxil olduğu Baltikyanı ölkələrin ərazisinə girişi qadağan olunmuş şəxslərin siyahısını dərc etmişdilər. Bundan əvvəl Litva, Latviya və Estoniyanın xarici işlər nazirləri üç Baltikyanı ölkə, Litva, Latviya və Estoniyanın “Gürcüstanda qanuni etirazların yatırılmasında iştirak edənlərə” qarşı milli sanksiyaların tətbiqi ilə bağlı birgə razılığa gəldiyini açıqlamışdı.

Sonrakı yazı
22 yaşlı gənc 4 nəfəri güllələyib
Öncəki yazı
“Rusiya müharibədə Şimali Koreya əsgərindən istifadə edir”-Vladimir Zelenski