“Əsrin zəlzələsi”ndən 2 il ötür

83

Türkiyə tarixi boyu çox ağrılı zəlzələlər yaşamış bir bölgədir. 1900-cü ildən bu yana 7 baldan yuxarı 20 zəlzələ insan tələfatına və ciddi dağıntılara səbəb olmuşdu. 2023-cü il fevralın 6-da baş verən şiddətli zəlzələ 13,5 milyon insanı nəinki yuxusundan oyatmış, 85 milyon insan “əsrin fəlakəti”nin acısını ürəyində hiss etmişdi.

6 Fevral 2023-cü ildə mərkəzi Kahramanmaraşda olan güclü zəlzələ bazar günündən bazar ertəsinə keçən gecə saat 04:17-də,zəlzələnin ikinci böyük dalğası həmin gün saat 13:24-də baş vermişdi. Bu zəlzələlər Türkiyənin cənub-şərqini vurmuş və geniş ərazidə böyük dağıntılara səbəb olmuşdu.

Kahramanmaraş zəlzələsində ilk böyük təkan 7,8 bal gücündə təxminən 75 saniyə, ikinci ən böyük zəlzələ 7,5 bal gücündə təxminən 45 saniyə ərzində davam etmişdi.

“Əsrin zəlzələsi” başda Kahramanmaraş olmaqla Qaziantep, Hatay, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Kilis, Osmaniye, Malatya, Mardin və Elazığda  böyük dağıntılara səbəb olmuşdu. Zəlzələnin fəsadları təkcə bu əyalətlərdə deyil, ətraf əyalətlərdə də hiss olunmuşdu.

Qeyd olunan zəlzələ 53 537 nəfərin ölümünə, 107 213 nəfərin yaralanmasına, 38.901 binanın dağılmasına və minlərlə insanın evsiz qalmasına səbəb olub. Bu fəlakətdə axtarış-xilasetmə işləri günlərlə davam edib.

Kateqoriya: Cəmiyyət, Dünya, Gündəm
Sonrakı yazı
13 და 14 წლის გოგონებთან სექსუალური შინაარსის მიმოწერებს ახორციელებდა და პორნოგრაფიული შინაარსის ფოტო-ვიდეო მასალას უგზავნიდა – პედოფილიის და გარყვნილი ქმედებისთვის, სპეციალურმა საგამოძიებო სამსახურმა ერთი პირი დააკავა
Öncəki yazı
40 yaşlı kişi 14 yaşlı qıza qarşı əxlaqsız hərəkətlər etdiyinə görə həbs edilib