• 23 Fevral 2025 18:37

QafqazTürk

Gürcüstanda və dünyada baş verən ən son hadisələri bizdən xəbər alın

“Əsrin fəlakəti” Gürcüstan Azərbaycanlıları Konqresində xatırlandı

ByNiyazi Yusubov

Fev 6, 2025
Another advertisement

06.02.2023 cü il. Türkiyənin 11 əyalətinin gözlənilməz fəlakəti. 2 il öncə “Əsrin fəlakəti” bütün dünyayı sarsmışdı. Dünyanın bir çox ölkələri onlar arasında Gürcüstan da “Əsrin zəlzələsi”ndə zərərçəkən insanlar üçün yardım kampaniyasına başlamışdı. Gürcüstan Azərbaycanlıları Konqresinin təşübbüsü və təşkilatçılığı ilə bölgənin bir neçə bələdiyyəsində o cümlədən Marneuli şəhərinin özündə, Marneuli bələdiyyəsinin Sadaxlı, Şulaver, Qasımlı, Qaçağan, Kəpənəkçi, Algeti ərazi vahidliyində, Candar və Qızılhacılı kəndində, Çalka bələdiyyəsində Ərcivan Sarvan ərazi vahidliyində, Gödəklər, Bareti və Qızılhacılı kəndində,Bolnisi bələdiyyəsində, Faxralı, Saraçlı, Kolayır kəndində və bu kimi bir neçə yerlərdə start vermişdi. Yardım kampaniyası çərçivəsində bölgənin hər yerindən maddi mənəvi dəstək olanların sayı-hesabı yox idi. Böyükdən- kiçiyə hər kəs zərərçəkmişlərin ehtiyaclarını qarşılamaq üçün əllərindən gələni əsirgəmirdilər. Ən çox isə diqqətçəkən məqam azyaşlıların zəlzələdə dağıntılar altından çıxarılmış öz həmyaşıdlarına dəstək olmaları idi. Azyaşlılar da valideynlərinin onlara verdikləri məktəb xərcliklərini və öz oyuncaqlarından gətirərək həmyaşıdlarına dəstəklərini bildirirdilər. 10 günə yaxın davam edən kampaniyada Gürcüstan azərbaycanlıları konqresinin əməkdaşları və kənd ərazi birliklərindəki nümayəndələri gecə- gündüz bilmədən ərzaqların və əşyaların toplanıb yığılmasında canla başla çalışırdılar.

GAK tərəfindən təşkil olunan yardım kampaniyasına həmçinin iş adamları da qoşulmuşdular. Toplanmış yardımların nəqlini AZEBİ təşkilatının tərkibində olan Sar Group LLC təşkilatı və Faxralı kəndindən könüllü iş adamı öz üzərinə götürmüşdü. Həm Gürcüstan azərbaycanlıları Konqresinin əməkdaşlarının həm də Kolayır, Kəpənəkçi və Faxralı kəndlərinin əhalisinin yüklədikləri, ərzaqlarla və əşyalarla dolu 3 TIR Gürcüstan Azərbaycanlıları Konqresinin sədrinin və Parlamentin sabiq millət vəkili Ramiz Bəkirovun rəhbərliyi ilə GAK-ın əməkdaşları Gürcüstan sərhəddinə ən yaxın olan Kars vilayətinə yollanmışdılar. Səfər çərçivəsində nümayəndə heyətinin tərkibində olan Kolayır kənd sakinləri Fizuli Hüseynov, Valiko Məmmədov, Zəngimar Musayev və Nazir Bayramov Malatyaya səfər edərək orada zəlzələdən zərərçəkmişlərə baş çəkmişdilər. Gürcüstanın nümayəndə heyətini Karsda vilayətin vali yardımcısı, Kars vilayətində AFAD şöbə müdiri və onun əməkdaşları, 112 çağrı Mərkəzinin müdiri, Professor Erol Aydın, jurnalist Erbil Hüryurt və iş adamı Kamil Yılmaz qarşılamışdı. Toplanan ərzaq, əşya və maddi yardım Kars nümayəndəliyinə təslim edilmişdi. Kars nümayəndəliyi və eləcə də Kars valisinin yardımcısı Muhammed Furkan Tuna ilə GAK nümayəndə heyəti arasında baş tutan görüşdə vali yardımcısı qonaqlara təşkil olunan yardımlara və Türkiyənin çətin günündə maddi və mənəvi dəstəyini əsirgəməyən Gürcüstan vətəndaşlarına dərin minnətdarlıqlarını bildirmiş və əsrlərə dayanan dostluq və qardaşlıq əlaqələrinin nə qədər dərin və sarsılmaz olduğunu bildirmişdilər.

 

Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusubov, sabiq deputat Ramiz Bəkirov və nümayəndə heyətinin üzvləri isə öz növbələrində yüksək səviyyədə qarşılandıqlarını dilə gətirərək təşəkkürlərini bildirmiş və eyni zamanda 2 xalqın pis və yaxşı günündə hər zaman bir-birlərinə dəstək olduqlarını bir daha vurğulamışlar və zəlzələdə həyatlarıını itirmiş insanlara görə dərin hüznlə baş sağlığı vermişdilər.

Karsda Gürcüstan Azərbaycanlıları Konqresinin nümayəndə heyətinə göstərilən diqqət və qayğıya GAK rəhbərliyi biganə qalmamışdı. GAK Türkiyə Cümhuriyyətinin Kars Kafkas Universiteti öğretim üyesi sayın professor doktor Erol Aydına göstərdiyi xidmətlərdən dolayı, Türkiyə Cümhuriyyətinin Kars şəhərində yaşayan hörmətli Kamil Yılmaza Gürcüstan və Türkiyə arasındakı xalqlar dostluğuna göstərdiyi xidmətlərdən dolayı Gürcüstan Azərbaycanlıları Konqresinin “Fəxri Elçisi” adını vermişdi.

Gürcüstanda yaşayan müsəlman ruhanilər Türkiyədə zəlzələdə həlak olmuş vətəndaşları da unutmadılar.Belə ki, Bolnisi bələdiyyəsinin Faxralı və Kəpənəkçi kəndlərinin məscidlərində və eləcə də bir çox məscidlərdə zəlzələdə dünyasını dəyişənlərin ruhlarına dualar oxunmuşdu.

 

Və sonda 2 il öncə Türkiyədə baş vermiş “Əsrin fəlakəti”ndə zərərçəkmişlər üçün yardım kampaniyasında öz dəstəklərini əsirgəməyən Marneuli şəhərinin, Marneuli bələdiyyəsinin Sadaxlı inzibati vahidliyinin, Şulaver inzibati birliyinin, Qasımlı inzibati vahidliyinin, Qaçağan inzibati vahidliyinin, Kəpənəkçi ərazi vahidliyinin, Algeti ərazi vahidliyinin, Candar və Qızılhacılı kəndinin əhalisinə, Parlamentin sabiq deputatı Ramiz Bəkirova, Çalka bələdiyyəsinin Gödəklər, Bareti və Qızılhacılı kəndinin sakinlərinə xüsusilə, Çalka bələdiyyəsi merinin Ərcivan Sarvan ərazi vahidliyindəki nümayəndəsi Akif Aşralova,Bolnisinin bələdiyyə məclisi deputatı Mahir Bayramova, GAK-ın Kəpənəkçi kəndindəki təmsilçisi Çingiz Yaqubova, Bolnisi bələdiyyəsi merinin Kəpənəkçi kənd nümayəndəsi Hümbət Tükənova, ağsaqqal Hümbət bəyə, Faxralı kəndindən Novruz Hüseynova, Qara Gülməmmədova, Əli Xudiyevə, Dostu Aşirova,Rahil Fətullayevə, Saraçlı, Kolayır kəndinin sakinlərinə, Kolagir kəndinin sakinlərinə xüsusilə Fizuli Hüseynova, Valiko Məmmədova, Zəngimar Musayevə, Nazir Bayramova, Bolnisi müftüsü Adil Nəbiyevə, Dmanisinin Qarabulaq ərazi vahidliyinin sakinlərinə, Orozmanlılara, Dunus kənd sakinlərinə, Armudlu sakinərinə, Qızılhacılı, İpnari, Dağ Arıxlı, Qızılkilsə sakinlərinə, Qullar ictimai məktəbinə və onun direktoruna, Böyük Muğanlı ictimai məktəbinin direktoru Musa Yusifova, Gürcüstan Azərbaycanlıları Konqresinin keçmiş və hazırki əməkdaşlarına xüsusilə Asif Vəliyevə, Səbinə Talıbovaya, Aida Əsgərovaya, Səma Məmmədovaya, Hacı Xəlilova, Kərbəlayi Zabit Mahmudova, Musa Pənahova, Mahir Sədiyevə, Marneulinin N3 ictimai məktəbinin müəllimləri Elyura və Elmira Yusibovalara, könüllülərdən Hikmət Yusubova, Sevil Məmmədovaya, Elvin Adıgözəlova, Araz Duşdurova, Aida Veysəlovaya, Azər Məmmədova, İsmayıl Rüstəmova və bu xeyriyyə kampaniyasında etnik kimliyindən, dinindən asılı olmayaraq hər kəsə dərin minnətdarlığımızı bildirir, unutduğumuz insanların və ərazilərin adlarını qeyd etmədiyimizə görə üzr istəyirik.

Gürcüstan Azərbaycanlıları Konqresi
QafqazTürk Media