Another advertisement
Belarusun Qomel şəhərində keçirilən MDB ölkələrinin Oyunlarının cüdo yarışlarında əslən Marneuli rayonunun Sadaxlı kəndindən olan Məmməd Əzizbəyov erməni rəqibinə qalib gəlib.
QafqazTürk.com xəbər verir ki, Məmməd Əzizbəyov yarışda Azərbaycan millisini təmsil edib.
Məmməd Əzizbəyov rəqibini “ippon”la (ippon-rəqibi çiyni üstə yıxdıqda və 25 saniyə bu vəziyyətdə saxlanıldıqda verilən və birbaşa qələbə qazandıran xal) məğlub edib.
Məmməd Əzizbəyovun qələbəsini əks etdirən videokadrı təqdim edirik: