This is a specific ad

Əsgər və polislərin maaşları 45 faiz, dövlət qulluqçularının maaşları isə 30 faizdən çox artıb

331

Another advertisement

Son 3 ildə əsgər və polislərin maaşları 45 faiz, dövlət qulluqçularının maaşları isə 30 faizdən çox artıb.

QafqazTürk Media xəbər verir ki, bu, 2025-ci ilin dövlət büdcəsi layihəsində qeyd olunub.

“Son 3 ildə əsgər və polis işçilərinin maaşları 45% artıb. Əsgər və polislər istisna olmaqla, 2021-ci ildə həyata keçirilən qanunvericilik dəyişikliyi əsasında dövlət sektorunda çalışan bütün işçilərin maaşları tənzimlənməyə başlanılıb. Son 3 ildə dövlət sektorunda çalışan işçilərin əmək haqqı 30%-dən çox artıb, bunun üçün 600 milyon lariyə qədər (ümumi artırılmış büdcənin 8,5%-i) vəsait tətbiq edilib”, – sənəddə qeyd olunur.

Bundan əlavə, 2025-ci ilin büdcə layihəsinə əsasən, gələn il Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və təhlükəsizlik xidmətlərinin maliyyələşdirilməsi 330 milyon laridən çox artacaq və bu halda isə növbəti ildə polislərin və hərbi qulluqçuların maaşları daha 10 faiz artırılacaq.

Sonrakı yazı
3 Oktyabr tarixinə olan valyuta məzənnəsi açıqlandı
Öncəki yazı
Qullar kəndində məktəbəqədər hazırlıq mərkəzi açılıb