Gürcüstan Müdaifə Nazirliyinin məlumatına görə, çağırışçıların Milli Hərbi Xidmətə çağırışı cari ilin yanvarından dekabrın 1-dək həyata keçiriləcək.
Qanunla müəyyən edilmiş möhlət və ya hərbi xidmətdən azad edilmə üçün əsası olmayan 18-27 yaş arası şəxslər Milli Hərbi Xidmətə çağırılırlar.
Gürcüstanın Müdafiə Məcəlləsinə əsasən, 2025-ci ildən başlayaraq Milli Hərbi Xidmətə çağırışçıların seçimi illik təsadüfi seçim prinsipi əsasında həyata keçiriləcək.
- Çağırışçılar üçün milli hərbi xidmət yalnız Gürcüstan Müdafiə Nazirliyi sistemi daxilində mümkündür.
- Çağırışçılar üçün Milli Hərbi Xidmətin Şərtləri və Mükafatları:
- Döyüş bölməsində xidmətə görə – 6 ay müddətinə – 765 lari məbləğində aylıq maaş;
- Döyüş təminat və döyüş təminat bölməsində xidmətə görə – 8 ay müddətinə – 635 lari məbləğində;
- Kiçik komandanlıq vəzifəsində və əvvəlcədən müəyyən edilmiş ixtisas üzrə xidmətə görə – 11 ay müddətinə – çavuşlar üçün 1275 lari, zabitlər üçün 1530 lari. Bu şəxslər 11 aylıq xidməti başa vurduqdan sonra ehtiyata yazılacaqlar.
- Milli Hərbi Xidmətə könüllü çağırılan şəxsə Milli Hərbi Xidmət üçün müəyyən edilmiş əmək haqqından 30 faiz artıq maaş veriləcək.
Hansı hallarda əsgərlikdən qanuni müvəqqəti yayınmaq olar?
- 3 yaşa çatmamış övladı varsa ( ata övladının 3 yaşı tamam olduqdan sonra əsgərliyə çağırılır);
Qeyd edək ki, Müdafiə Nazirliyinin məlumatına görə, payız çağırışında könüllü olaraq hərbi xidmətə getmək üçün təhsilini donduran tələbələrin hərbi xidməti başa vurduqdan sonra oxumamış olduğu hər təhsil ilinin 2250 lari təhsil məbləğinin dövlət tərəfindən maliyyələşdirilməsi planlaşdırılır.