Ermənistan parlamenti Avropa İttifaqına üzvlük prosesinin başlanmasına dair qanun layihəsini qəbul edib

67

Ermənistan parlamenti Ermənistanın Avropa İttifaqına daxil olması prosesinin başlanması haqqında qanun layihəsini birinci oxunuşda qəbul edib.

QafqazTürk Media xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Onların məlumatına görə, qanun layihəsini 63 deputat dəstəkləyib, 7 nəfər isə əleyhinə çıxıb.

Bu məsələnin təşəbbüskarı 2 ayda 60 min imza toplamağa nail olan “Demokratik Qüvvələrin Platforması”dır. Qanun layihəsinə baxılması üçün bu imzalar zəruri idi.

Qanun layihəsi 2024-cü il yanvarın 9-da Ermənistan Respublikası hökuməti tərəfindən təsdiq edilib.

Sonrakı yazı
Parlamentin Avropaya inteqrasiya komitəsi 2025-ci il üçün Fəaliyyət Planını təsdiqləyib
Öncəki yazı
Çərşənbələrin əzəli və gözəli su çərşənbəsi fevralın 25-nə təsadüf edəcək