This is a specific ad

Ermənistan naziri “Ararat” konyakının Rusiyaya tədarükünün dayandırıldığını açıqlayıb

86

Another advertisement

“Ararat” brendini istehsal edən İrəvan Konyak Zavodu Rusiyaya spirtli içki tədarükünü dayandıracaq.

Qafqaztürk Ermənistan İctimai Radiosuna istinadən xəbər verir ki, bu barədə ölkənin iqtisadiyyat naziri Vahan Kerobyan bildirib.

“Rəsmi məlumatım yoxdur, lakin, deyəsən, rəsmidir: İrəvan Konyak Zavodu Rusiyaya ixracı dayandıracaq. Bu, üzüm məhsulunun satın alınmasına təsir edə bilər və biz vəziyyətə nəzarət etməli və lazım gəldikdə cavab tədbiri görməliyik”, – Kerobyan Ermənistan parlamentinin iqtisadi məsələlər üzrə komissiyasının iclasında diqqətə çatdırıb.

Qeyd edək ki, İrəvan Konyak Zavodu Fransanın “Pernord Ricard” şirkətinə məxsusdur.“Pernod Ricard” “Ararat” konyakı, “Chivas Regal” viskisi, “Jameson”, “Ballantine’s”, “Olmeca” tekilası, “Havana Club” romu və “Absolut” arağı da daxil olmaqla onlarla brendin sahibidir. Fransa şirkəti Böyük Britaniyanın “Diageo”sundan sonra alkoqollu içkilərin ikinci ən böyük qlobal istehsalçısı hesab olunur.

2022-ci ilin martında konsern Rusiyaya spirtli içki ixracını dayandırsa da, artıq bu ilin aprelində İsveçin “Kristianstadsbladet” nəşri “Pernod Ricard”ın “Absolut” arağının tədarükünü bərpa etmək qərarına gəldiyini bildirib. Bir həftə sonra şirkət işçilərinin tənqidinə görə fikrindən daşınıb.

Kateqoriya: Region
Sonrakı yazı
ADA-nın Qazax Müəllimlər Seminariyasına qəbul olan 34 gələcək müəllim – ƏTRAFLI
Öncəki yazı
Qazax Müəllimlər Seminariyası Gürcüstandakı Azərbaycandilli məktəblər üçün kadr hazırlayacaq – ƏTRAFLI