This is a specific ad

Ermənistan MTX:”Rusiya izləri ilə dövlət çevrilişi cəhdinin üstü açılıb”

259

Another advertisement

Ermənistanda Rusiya izləri olan dövlət çevrilişinə cəhdin üstü açılıb.

QafqazTürk Media xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin bəyanatına görə, onlar “qabaqcadan sui-qəsdlə hakimiyyəti qəsb etmək” cəhdinin üstünü açıblar. Sui-qəsddə iştirak edəcək şəxslərin Rusiyada təlim keçdikləri bildirilir.

Məlumata görə, bu şəxslər güc yolu ilə hakimiyyətə gəlmək niyyətində olub və bunun üçün ayda 220 min rubl alıblar. 2024-cü il ərzində onlar Ermənistan vətəndaşlarını və Qarabağın keçmiş sakinlərini “üç aylıq toplanışlar” və “yeni ağır silah növləri ilə tanışlıq” bəhanəsi ilə Rusiyaya cəlb edib, bundan sonra Ermənistanda döyüş növbətçiliyi keçirməli olublar.

İşə cəlb edilmiş ermənilər təlim keçmək üçün Rusiyadakı “Arbat” hərbi bazasına aparılıb, onlara “qapalı məkanda, binada, artıq tanış olan silah növləri ilə döyüşmək” öyrədilib.

“Bundan başqa, onlar təlimlərin məqsədinin Ermənistan Respublikasına qayıtmaq və mövcud hökuməti devirmək, bununla da Ermənistan Respublikasını təmizləməyə və xilas etməyə çağırmaq olduğunu bildiriblər”, – məlumatda deyilir.

Qeyd olunur ki, yeni çağırışçılardan bəziləri Ermənistanda hakimiyyəti qəsb etməkdən imtina edərək Ermənistana qayıdıblar.

“Sözügedən əməli törətdiklərinə görə 7 nəfər barəsində cinayət işi başlanıb. Üç nəfər həbs edilib, dördü axtarışdadır”, – Ermənistan Milli Təhlükəsizlik Xidməti qeyd edir.

Açıqlamada bildirilir ki, dövlət çevrilişinə cəhddə əli olan şəxslərin bəziləri hələlik müəyyən edilməyib və onların şəxsiyyətinin müəyyən edilməsi istiqamətində iş aparılır.

Kateqoriya: Cinayət, Dünya, Siyasət
Sonrakı yazı
19 Sentyabr tarixinə olan valyuta məzənnəsi açıqlandı
Öncəki yazı
Gürcüstandan çay ixracı artıb, idxal isə azalıb-Statistika