This is a specific ad

Ermənistan Azərbaycanla razılaşdırılmış sülh müqaviləsini imzalamağa hazırdır-Nikol Paşinyan

415

Another advertisement

Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, Ermənistan Azərbaycanla sülh müqaviləsinin artıq razılaşdırılmış bəndlərini imzalamağa və bunu BMT-nin Bakıda planlaşdırılan iqlim dəyişikliyi konfransına qədər etməyə hazırdır.

QafqazTürk Media xəbər verir ki, bu barədə Nikol Paşinyan BMT Təhlükəsizlik Şurasının təşkil etdiyi müzakirələrdə çıxışı zamanı bildirib.

“Sülh liderliyə və həqiqi siyasi cəsarətə ehtiyac duyur. Hökumətim və mən regionumuzda münaqişəyə son qoymaq və mövcud dinamikanı firavanlıq, sabitlik və sülh naminə əməkdaşlığa çevirmək öhdəliyi daşıyırıq. Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır. Erməni tərəfi Bakıya BMT-nin Bakıda keçirilməsi planlaşdırılan iqlim konfransına qədər artıq razılaşdırılmış maddələri imzalamağı təklif edib ki, bununla da sülh prosesinin irəliləməsi üçün əlverişli şərait yaradılacaq”, – Nikol Paşinyan bildirib.

Paşinyanın sözlərinə görə, Ermənistan da sərhədlərin delimitasiyası ilə bağlı işi davam etdirməyə hazırdır.

“Ermənistanın regionda ədalətli və davamlı sülhün əldə edilməsinə yönəlmiş səylərinə Birləşmiş Millətlər Təşkilatının güclü və birmənalı dəstəyi son dərəcə vacibdir”, -deyə Paşinyan qeyd edib.

Kateqoriya: Cəmiyyət, Dünya, Siyasət
Sonrakı yazı
Qiorqi Qaxaria-Gürcüstan naminə” partiyasının seçki siyahısında azərbaycanlıların olmaması birmənalı qarşılanmayıb-Siyahı
Öncəki yazı
Maliyyə naziri Laşa Xuçişvili Çin Xalq Respublikasının maliyyə naziri ilə görüşüb