This is a specific ad

Ermənistan Azərbaycan ilə imzalanan sənədi təsdiqləyib

235

Another advertisement

Ermənistan hökuməti Azərbaycanla delimitasiya və demarkasiya komissiyaları arasında imzalanan əsasnaməni təsdiqləyib.

QafqazTürk Media xəbər verir ki, sözügedən sənəd sentyabrın 5-də keçirilən hökumət iclasında təsdiq olunub.

Əsasnamənin təsdiqi üçün ikinci olaraq Milli Məclisə,  daha sonra isə Konstitusiya Məhkəməsinə təqdim ediləcəyi bildirilib.

Məlumata görə, sənəd 7 maddədən ibarətdir. Əsasən proseslə bağlı texniki məlumatlar, ümumi resepturalar qeyd olunub. Sözügedən əsasnamədə İrəvan və Bakının 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında sərhədin demarkasiyasını həyata keçirmək barədə razılığa gəldiyi, lakin bu razılaşma yekun olmadığı yazılıb.

Əsasnaməda sülh sazişi qəbul edildikdən sonra demarkasiya prosesinin gələcəkdə başqa prinsiplərlə davam edə biləcəyi qeyd edilib.

Kateqoriya: Dünya
Sonrakı yazı
დედამიწის ატმოსფეროს ასტეროიდი შეეჯახება – CNN
Öncəki yazı
Daxili İşlər Nazirliyi yetkinlik yaşına çatmayan şəxslər üçün yeni qanun layihəsi hazırlayacaq