Ermənistanın təxribatı nəticəsində Azərbaycanın hərbi qulluqçusu yaralanıb

1

Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə açılan atəş nəticəsində Azərbaycanın hərbi qulluqçusu yaralanıb.

QafqazTürk.com xəbər verir ki, bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.

Azərbaycan MN-nin məlumatına görə, atəş Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən açılıb.

“Təxribat nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu əsgər Xəlilzadə Pərviz Ağakişi oğlu yaralanıb. Hərbi qulluqçu helikopterlə ixtisaslaşmış tibb müəssisəsinə təxliyə edilib. Baş vermiş hadisə, o cümlədən qarşı tərəfdən atəşin açılması anı videomüşahidə kameraları vasitəsilə qeydiyyata alınıb. Hazırda əməliyyat şəraiti sabitdir və bölmələrimizin nəzarəti altındadır. Bu, Ermənistanın növbəti təxribatıdır və buna görə məsuliyyət tam şəkildə rəsmi İrəvanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”, – deyə Azərbaycan Müdafiə Nazirliyinin məlumatında bildirilib.

0
0
Kateqoriya: Dünya
Sonrakı yazı
როდემდე შენარჩუნდება უნალექო ამინდი საქართველოში – უახლოესი დღეების პროგნოზი რეგიონების მიხედვით
Öncəki yazı
საქართველო ევროპაში მე-4 ადგილზეა იმ ქვეყნებს შორის, სადაც ტურისტებისთვის ღამით უსაფრთხოდ გადაადგილებაა უზრუნველყოფილი – World of Statistics