This is a specific ad

Ermənistanda Fövqəladə Hallar Nazirliyi fəaliyyətini dayandırır

44

Another advertisement

Ermənistan Fövqəladə Hallar Nazirliyi bildirir ki, idarənin fəaliyyəti bu il iyunun 30-dan dayandırılacaq.

QafqazTürk.com xəbər verir ki, bu barədə qurumun saytında məlumat yerləşdirilib.

“2022-ci il dekabrın 16-da qəbul edilmiş “Hökumətin strukturu və fəaliyyəti haqqında” qanuna dəyişikliklər və əlavələr edilməsi haqqında” Ermənistan qanununa əsasən, Daxili İşlər Nazirliyi yaradılıb ki, bu da Fövqəladə Hallar Nazirliyinin funksiyalarını da özündə ehtiva edir”, – məlumatda deyilir.

Bundan sonra Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri ilə bağlı sual, təklif, bəyanat və məktubların zəruri hallarda elektron poçt, eləcə də vahid platforma vasitəsilə Daxili İşlər Nazirliyinə göndərilməsinə ehtiyac yaranacaq.

Qeyd edək ki, Ermənistanda Daxili İşlər Nazirliyi 2022-ci ilin sonunda yenidən yaradılıb. Onun strukturuna Xilasetmə Xidməti də daxil edilib.

Kateqoriya: Dünya
Sonrakı yazı
Priqojinin təyyarəsi Belarusda hərbi aerodroma enib – FOTO
Öncəki yazı
Dünya bazarında neft qiymətləri necə dəyişib?