This is a specific ad

Erməni təxribatına cavab olaraq Azərbaycan “Qisas əməliyyatı” keçirib

10

Another advertisement

13 fevral tarixində Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinin dünən törətdikləri təxribata cavab olaraq “Qisas əməliyyatı” keçirilib.

QafqazTürk.com xəbər verir ki, bu barədə Azərbaycanın Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.

Əməliyyat nəticəsində dünən Azərbaycan əsgərinə atəş açılan Ermənistan silahlı qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsinin yaxınlığındakı döyüş postu tamamilə darmadağın edilib.

Bildirilib ki, məhv edilmiş döyüş postunun şəxsi heyəti arasında ciddi itkilərin olması barədə məlumatlar mövcuddur və Ermənistan tərəfinin Azərbaycan-Ermənistan şərti dövlət sərhədində əməliyyat şəraitinin gərginləşdirilməsinə yönələn hər bir təxribatına bundan sonra daha ciddi və qəti tədbirlərlə cavab veriləcək.

Qeyd olunub ki, baş vermiş hadisəyə görə məsuliyyət tam şəkildə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Kateqoriya: Dünya
Sonrakı yazı
Gürcüstan Azərbaycanlıları Konqresinin sədri bir sıra xoşagəlməz məsələlərlə bağlı “QafqazTürk”ün suallarını cavablandırıb
Öncəki yazı
როდემდე შენარჩუნდება უნალექო ამინდი საქართველოში – უახლოესი დღეების პროგნოზი რეგიონების მიხედვით