This is a specific ad

Ermənistanla Azərbaycanın daha bir sərhəd kəndində delimitasiya başlayıb

40

Another advertisement

Ermənistanın Azərbaycana qaytardığı Qazax rayonunun Xeyrimli kəndində sərhədin müəyyənləşməsi üzrə işlər başlayıb.

QafqazTürk.com  xəbər verir ki, bu barədə Ermənistanın Tavuş vilayətinin Kirants (Güney) kəndinin başçısı Kamo Şaqinyan bildirib.

Onun sözlərinə görə, kəndə geodeziyaçılar gəlib: “Kənddə çoxlu sayda polis var. Geodeziyaçılar azı üç gün burada qalacaq”.

K.Şaqinyan deyib ki, kəndlilər ərazidə gərginlik yaradır: “Ancaq onlar yolu bağlamır, əlavə maneələr törətmir”.

Kateqoriya: Dünya
Sonrakı yazı
Orqanizmi xərçəngdən qoruyan VİTAMİN
Öncəki yazı
Çayda itkin düşən yeniyetmələrdən birinin meyiti tapılıb