This is a specific ad

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla bağlı düşüncələrini İrakli Kobaxidze ilə bölüşüb

252

Another advertisement

“Hörmətli baş nazir, mən həqiqətən inanıram ki, bizim Cənubi Qafqazda münaqişələrə son qoymaq və regionumuzda davamlı sülh yaratmaq üçün tarixi imkanımız var – biz Gürcüstan hökumətinin səylərini yüksək qiymətləndiririk “.

QafqazTürk Media xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan İrakli Kobaxidze ilə keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Gürcüstanın siyasəti regional və beynəlxalq sabitliyə və sülhə töhfə verməyə yönəlib.

Paşinyanın qeyd etdiyi kimi, Cənubi Qafqazda əldə edilən sülhdən bəhrələnənlər təkcə Ermənistan və Azərbaycan deyil, həm də Gürcüstan, Türkiyə və İrandır.

“Şadam ki, bir daha dost Gürcüstana gəlmişəm. Ötən müddət ərzində nümayəndə heyətimə göstərilən ənənəvi səmimi qəbula və qonaqpərvərliyə görə çox sağ olun. Biz ölkələrimiz arasında hərtərəfli əməkdaşlığı bütün sahələrdə genişləndirməyə nail olduq. Bunun ən yaxşı göstəricisi odur ki, bu ilin yanvarında Gürcüstanla Ermənistan arasında əməkdaşlıq daha yüksək strateji tərəfdaşlıq səviyyəsinə yüksəldi. Beləliklə, biz qarşılıqlı maraqlara, o cümlədən ölkələrimizin müdrik xalqları tərəfindən qəbul edilən prinsiplərə və demokratik dəyərlərə əsaslanan dövri təmasların səmərəli və həyat qabiliyyətli mexanizmini qura bilmişik.

Xüsusilə qeyd etməliyəm ki, Gürcüstan və Ermənistan hər bir ölkənin ərazi bütövlüyünü və suverenliyini qeyd-şərtsiz tanıyıb. Mən bu faktı Cənubi Qafqazda sabitliyə və uzunmüddətli sülhə nail olmaq üçün mühüm amillərdən biri hesab edirəm.

Hörmətli həmkarlar, bizim regionumuzda davamlı sülh və sabitliyin əldə olunması ilə bağlı bir sıra məsələləri müzakirə etmək imkanımız oldu.

Mən həmkarıma Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesində son inkişaf məlumatlarını təqdim etdim. Qeyd etməliyəm ki, çətin danışıqlar zamanı Azərbaycanla delimitasiya-demarkasiya prosesi çərçivəsində biz müəyyən irəliləyişə nail ola bildik. Ermənistan və Azərbaycan 1991-ci il Almatı Bəyannaməsinin müddəaları əsasında delimitasiya prosesi çərçivəsində fəaliyyət göstərmək barədə razılığa gəliblər. Hansı ki, bu prosesin əsasını keçmiş sovet respublikaları arasında inzibati sərhədlərin müəyyən edilməsi təşkil edəcək. Biz gözləyirik ki, yaxın gələcəkdə Ermənistan-Gürcüstan sərhədinin delimitasiyası ilə bağlı əməli irəliləyiş əldə edəcəyik. Bununla bağlı ümumi mövqelərimizi ifadə etmişik.

Düşünürəm ki, siz bilirsiniz ki, təxminən 2 il davam edən danışıqlar nəticəsində Ermənistan və Azərbaycan sülh və dövlətlərarası münasibətləri bərqərar edən müqavilənin 80%-ni razılaşdırıblar. Biz təklif etdik ki, Azərbaycan artıq razılaşdırılmış müddəalara qoşulsun. Həmçinin diplomatik münasibətlərin qurulması və qarşılıqlı maraq doğuran bütün digər mühüm məsələlərin həlli təklif olunub. Bütün iqtisadi, infrastruktur və kommunikasiyaların blokdan çıxarılması və tam işləməsi hökumətimizin prioriteti hesab etdiyimiz regionun sabitliyi və iqtisadi inkişafı mövzusudur. Bu məsələ ilə bağlı ideyamız ən yaxşı şəkildə Ermənistan hökuməti tərəfindən yaradılmış və Tbilisidə keçirilən konfrans zamanı beynəlxalq tərəfdaşlarımızla paylaşdığım “Sülh yollarının kəsişməsi” layihəsində öz əksini tapıb.

Hörmətli Baş nazir, mən həqiqətən inanıram ki, bizim Cənubi Qafqazda münaqişələrə son qoymaq və regionumuzda davamlı sülh yaratmaq üçün tarixi imkanımız var. Mən də əminəm ki, bu sülhdən faydalananlar təkcə Ermənistan və Azərbaycan deyil, həm də Gürcüstan və Türkiyədir. İran da bundan faydalanacaq. Məhz buna görə də bütün çətinliklərə baxmayaraq, hökumətimiz regionda sülhün mümkün olması üçün davamlı və əyilməz olaraq bütün səylərini davam etdirəcək. Biz Gürcüstan hökumətinin səylərini yüksək qiymətləndiririk ki, sizin də töhfəniz olub. Siyasətiniz regional və beynəlxalq sabitliyə və sülhə töhfə verməyə yönəlib”, –  deyə Paşinyan bildirib.

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
Müəllimlik müsahibəsi haqqında məlumat- müəllim komissiyaya getməzdən əvvəl nələrə diqqət etməlidir?
Öncəki yazı
Ermənistan Bakıda keçiriləcək COP29 iqlim sammitində iştirak edəcəkmi?