Another advertisement
Ermənistanın Avropa İttifaqına üzvlüyünə dair referendumla bağlı toplanan 60 min imza ölkənin Mərkəzi Seçki Komissiyasına təqdim olunacaq.
QafqazTürk Media xəbər verir ki, bu barədə prosesi həyata keçirən “Armenian Eurovote” təşkilatının “Facebook” hesabında yazılıb.
“Toplanan imzalar yaxın vaxtlarda Mərkəzi Seçki Komissiyasına təqdim olunacaq. Komissiya isə müvafiq prosedurlardan sonra referendumla bağlı qanun layihəsini parlamentə göndərəcək”, – deyə hesabatda qeyd edilib.