This is a specific ad

Ermənistandan sığınacaq istəyən İran vətəndaşlarının sayı artıb

27

Another advertisement

Ermənistandan sığınacaq istəyən İran vətəndaşlarının sayı artıb.

QafqazTürk “Report”-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Daxili İşlər Nazirliyinin Miqrasiya və Vətəndaşlıq Xidməti məlumat yayıb.

“İran vətəndaşları Ermənistandan sığınacaq istəyən ölkələr siyahısında üçüncü yerdə qərarlaşıb. Belə ki, ötən il 106 iranlı bu ölkədən sığınacaq istəyib. 2022-ci ildə 30 vətəndaşın müraciətinə baxılması dayandırılıb, 17 sığınacaq müraciətinə rədd cavabı verilib, 19 nəfər qaçqın statusu alıb, İranın 3 vətəndaşının qaçqın statusuna isə xitam verilib.” – Məlumatda qeyd edilir.

Ötən il ən çox Ukrayna vətəndaşı Ermənistana sığınacaq üçün müraciət edib. Onların sayı 484 nəfər olub. Siyahıda sonrakı yerdə isə 198 nəfərlə İraq qərarlaşıb.

Sonrakı yazı
NASA: 76 metrlik asteroid Yerə yaxınlaşır
Öncəki yazı
Almaniya XİN: “Almaniyanın Rusiya qazına aslılığı yanlış idi”