This is a specific ad

Ermənistanda İsa Məsihin heykəli ucaldılır

256

Another advertisement

Attis dağında ucaldılması planlaşdırılan İsa peyğəmbərin 33 metrlik heykəlinin 90%-i tamamlanıb.

QafqazTürk Media Ermənistan KİV-nə istinadən xəbər verir ki, heykəltəraş layihə üzərində iki il çalışıb. Onun sözlərinə görə, postamentlə birlikdə tikintinin hündürlüyü 95 metr olacaq. Ağ boya ilə örtülmüş alüminium heykəlin çəkisi 17-20 tondur.

Biznesmen və “Çiçəklənən Ermənistan” siyasi partiyasının lideri Qaqik Tsurukyan bir neçə il əvvəl öz təşəbbüsünü ictimaiyyətə təqdim edib.

“Bununla biz bütün dünyaya yer üzündə ilk xristian xalqı olduğumuzu göstərə biləcəyik. Bu heykəl ölkəmizin və xalqımızın müdafiəçisi olmalıdır”, – Tsurukian layihəsini belə təqdim edib.

Tsarukyanın təşəbbüsü ilə Məsihin heykəlinin hündürlüyü 33 metr [Məsihin yaşına uyğundur], postamentin hündürlüyü isə 65 və ya 77 metr olacaq.

Kateqoriya: Dünya
Sonrakı yazı
Sabah Avropa İttifaqının xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü keçiriləcək
Öncəki yazı
Hindistanda cəsəd niyə yandırılır?