This is a specific ad

Ermənistanda amerikalı hərbçilərin iştirakı ilə hərbi təlimlər keçiriləcək

18

Another advertisement

Ermənistanda amerikalı hərbçilərin iştirakı ilə hərbi təlimlər keçiriləcək.

Qafqaztürk.com xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, iyulun 15-24-də Ermənistanda erməni və amerikalı hərbçilərin iştirakı ilə “Qartal tərəfdaşı 2024” təlimi keçiriləcək.

“Beynəlxalq sülhməramlı missiyalarda iştiraka hazırlaşmaq üçün iyulun 15-dən 24-dək Ermənistanda “Qartal tərəfdaşı 2024” erməni-amerikan birgə təlimi keçiriləcək. Təlimlərdə Ermənistan Silahlı Qüvvələrinin sülhməramlı briqadasının, ABŞ-ın Avropa və Afrikadakı quru qoşunlarının, Kanzas Milli Qvardiyasının hərbçiləri iştirak edəcək”, – məlumatda deyilir.

Məlumat üçün bildirək ki, Eagle Partner-ın ilk təlimi 2023-cü ildə Ermənistanda keçirilib.

Kateqoriya: Dünya
Sonrakı yazı
İranın yeni seçilmiş Azərbaycan əsilli prezidenti kimdir?-Araşdırma
Öncəki yazı
İranda baş tutan seçkilərdə Azərbaycan əsilli namizəd qalib gəlib