Ermənistan Xarici İşlər Nazirliyində Avropaya inteqrasiya departamenti yaradılır

53

Ermənistan XİN-də Avropaya inteqrasiya departamenti yaradılır

Ermənistanın baş naziri Nikol Paşinyanın qərarı ilə ölkənin Xarici İşlər Nazirliyində Avropaya inteqrasiya departamenti yaradılacaq. Bu barədə hökumət strukturlarından məlumat verilib.

Bildirilib ki, Xarici İşlər Nazirliyinin strukturunda daha bir dəyişiklik də nəzərdə tutulur — Siyasi Proqramlaşdırma Departamenti yeni yaradılan Diplomatik Əməliyyatların Koordinasiyası Departamentinə birləşdiriləcək.

Xatırladaq ki, 2025-ci ilin martında Ermənistan parlamenti Avropa İttifaqı ilə inteqrasiya haqqında qanun layihəsini qəbul etmişdi. İctimai petisiya əsasında irəli sürülən bu sənəddə hökumət Ermənistanın Aİ-yə üzvlük prosesinə başlamağa çağırılır.

Kateqoriya: Maraqlı
Sonrakı yazı
Bardella Makronu parlamenti buraxmağa çağırdı
Öncəki yazı
Batumi–Sarpi sürətli avtomobil yolunun tikintisinə başlanılır – ƏTRAFLI