• 13 Mart 2025 23:17

QafqazTürk

Gürcüstanda və dünyada baş verən ən son hadisələri bizdən xəbər alın

Ermənistan Xarici İşlər Nazirliyi: Azərbaycanla sülh müqaviləsi imzalanmağa hazırdır

ByTürkan Şahverdova

Mar 13, 2025
Another advertisement

Ermənistan və Azərbaycan sülh müqaviləsi haqqında razılığa gəliblər. Bununla bağlı Ermənistan Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Ermənistan Xarici İşlər Nazirliyinin məlumatına görə, onlar İrəvanın “Azərbaycan tərəfinin saziş layihəsinin həll olunmamış iki maddəsi ilə bağlı təklifləri” ilə razılaşdığı barədə məlumat veriblər.

“Müvafiq olaraq, sülh müqaviləsi imzalanmağa hazırdır. Ermənistan Respublikası müqavilənin imzalanma vaxtı və yer haqqında Azərbaycan Respublikası ilə məsləhətləşmələrə başlamağa hazırdır”, – bəyanatda deyilir.

Ermənistan Xarici İşlər Nazirliyi qeyd edir ki, onlar Azərbaycan tərəfinə saziş layihəsi üzrə danışıqların yekunlaşdığını bildirən birgə bəyanatı təklif ediblər, lakin Bakı birtərəfli bəyanatla çıxış etməyə üstünlük verib.