Another advertisement
İyulun 12-də İran-Ermənistan sərhədində yük avtomobilinin əslən azərbaycanlı olan sürücüsü, İran vətəndaşı Amid Quluzadə Ermənistan sərhədçiləri tərəfindən qətlə yetirilib.
QafqazTürk Media xəbər verir ki, bu barədə məlumat Teleqram kanallarında yayılıb.
Hadisə milli zəmində baş verib. Belə ki, İran-Ermənistan sərhədinin “Nurduz” sərhəd-keçid məntəqəsində Ermənistan sərhədçiləri məntəqədən yalnız erməni əsilli sürücülərin keçidinə icazə verib. Bu isə ərazidə növbə gözləyən azərbaycanlı sürücülərin narazılığı ilə səbəb olub.
Hələlik baş verən hadisə barədə rəsmi açıqlama verilməyib.