Ukraynada Rusiyaya qarşı döyüşmək ittihamı ilə saxlanılan Gürcüstan vətəndaşı, Giorgi Kinoiani, azad olunub. Bu o deməkdir ki, Ermənistan onu Rusiyaya təhvil verməkdən imtina edib.
QafqazTürk Media xəbər verir ki, bu barədə onun qardaşı Vako Kinoiani açıqlayıb.
“Dünən Ermənistan nümunəsiz bir qərar qəbul etdi və Giorgini birbaşa rusların əlindən azad etdi… Dünən gecə onu sərbəst buraxdılar. Advokatla danışacağıq və əlbəttə ki, Gürcüstana qayıdacağıq,” – Vako Kinoiani “TV Pirveli”yə bildirib.
Xatırladaq ki, Giorgi Kinoiani 3 sentyabrda Gürcüstandan çıxarkən, Gürcüstan-Ermənistan sərhədində saxlanılıb. Bu, Rusiya Federasiyasının elan etdiyi axtarış əsasında baş verib. İki gün sonra, 5 sentyabrda, məhkəmə Kinoianiyə 40 günlük ekstradisiya həbs cəzası kəsib. Onun həbsinin əsasını keçən il oktyabrın 25-də Donetskdə keçirilən “məhkəmə” qərarı təşkil edib. Həmin qərara əsasən, Kinoiani 7 il azadlıqdan məhrum edilib.
Rusiyanın işğal etdiyi Donetsk məhkəməsi onu keçən ilin oktyabrında Rusiya Cinayət Məcəlləsinin 359-cu maddəsinin üçüncü hissəsi ilə günahkar bilib. Bu maddə “kiralıq döyüşçülük” (muşaribə) fəaliyyətini nəzərdə tutur. İttiham Kinoianinin Ukraynanın tərəfində Rusiyaya qarşı döyüşlərdə iştirak etməsi ilə bağlıdır. Həmçinin, onun “Gürcü Legionu” ilə birlikdə Ukraynada döyüşdüyü qeyd olunub.
Qeyd edək ki, Rusiya “Legion”un qurucusu Mamuka Mamulashvili və digər bir sıra gürcü döyüşçülərə qarşı da həbs qərarları çıxarıb